Bakının mərkəzində avtoşluq edən tutuldu

16.12.2024

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Lent.az xəbər verir ki, "Hyundai" markalı, 49-BG-650 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Emil Şərifov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin  qərarına əsasən E.Şərifovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla cərimə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью