Bakının mərkəzində baş verən qəzanın ANBAAN VİDEOSU

05.12.2024

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtda avomobil sıxlığına səbəb olan növbəti yol-nəqliyyat hadisəsi ötən gün səhər saatlarında Nəsimi rayonu, Neftçilər prospektində baş verib.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qurum bu nümunə əsasında yollarda nəqliyyat sıxlığının yaranma səbəblərini qeyd edib.

“Sözügedən qəzaya görə 8 Noyabr prospekti və Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb. Yol polisi əməkdaşları tərəfindən qısa müddət ərzində avtomobillərin sərbəst hərəkəti bərpa olunub”, - Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yekunlaşdırıb.

Günay 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью