Bakının mərkəzində bu əraziyə daha maşın buraxılmır

01.05.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xaqani bağında dünya təcrübəsinə əsaslanan layihənin icrası başa çatıb. Bağın mövcud ərazisi genişləndirilib və bir zamanlar xaotik nəqliyyat axınına malik bu ərazi hazırda tam olaraq piyadaların ixtiyarına verilib.

Axar.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Metin Hüseynov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi” adlı panel sessiyada deyib.

“Xüsusilə Bibiheybət, Ramana, Balaxanı kimi yerlərdə küçələr abadlaşdırılıb, binalar bərpa olunub, əvvəlki üslubuna uyğun yenilənib. Bu işlər yalnız şəraiti yaxşılaşdırmaq üçün deyil, həm də mədəni irsi qorumaq və gələcək nəsillərə ötürmək üçündür. Nəticədə Bakı həm müasir, həm də öz tarixinə sadiq şəhər kimi çıxış edir”, - o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью