Bakının mərkəzində çətin vəziyyət YARANDI: Sakinlər NARAZIDIRLAR

28.03.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində yerləşən körpüdə təmir işləri aparılır.

Yolda xəbərdaredici nişanların az olması və işıqqaytarıcılığının olmaması səbəbindən sürücülər ciddi çətinliklərlə qarşılaşırlar.

Onlar məsələ ilə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.

"Maşını normal sürətlə sürürdüm, birdən yoldakı maneəyə düşdüm. Xəbərdaredici nişan da qoymayıblar", - sürücülərdən biri söyləyib.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən (AYDA) bildirilib ki, yolda artıq təmir işləri aparılıb və problem aradan qaldırılıb.

Ətraflı süjetdə:

Bakının mərkəzində çətin vəziyyət YARANDI: Sakinlər NARAZIDIRLAR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью