Bakının mərkəzində ƏMƏLİYYAT: 5 nəfər tutuldu

27.01.2025

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səbail rayonunda oğurluq və dələduzluqda şübhəli bilinən 5 şəxs saxlanılıb

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Səbail rayonu ərazisində 3 nəfərin dələduzluq yolu ilə ümumilikdə 14 min manatdan çox pul vəsaitinin ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.

Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı O.Qürbətli, 38 yaşlı Ə.Məhərrəmov və 45 yaşlı S.Cavadova müəyyən olunaraq saxlanılıb.

Bundan başqa rayon ərazisində 2 şəxsin avtomobilindən mobil telefon və 480 manat dəyərində 4 ədəd təkər oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 32 yaşlı T.Maksimov və 38 yaşlı E.Kazımovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin olunub.

Araşdırmalar aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью