Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə Səbail rayonu Ü.Hacıbəyov küçəsi ünvanında yerləşən mağazada qeydə alınıb.
33 yaşlı Quliyev Faxrəddin Sədrəddin oğlu həmin mağazada arvadı 30 yaşlı Quliyeva Leyla Murad qızı ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zaman o, qadına çoxsaylı bıçaq xəsarətləri yetirərək, öldürmək istəyib.
Yaralı xəstəxanaya yerləşdirilib. Faxrəddin Quliyev isə polis tərəfindən saxlanılaraq, barəsində cinayət işi açılıb.
Araşdırmalar davam etdirilir.