Bakının mərkəzində maşın yandı Video

17.12.2024

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, İ.Səfərli küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “KİA” markalı minik avtomobilinidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin salonu və mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və yaxında park edilmiş avtomobillər yanğından mühafizə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью