Bakının mərkəzində maşından meyit tapıldı

17.04.2025

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünən axşam saatlarında paytaxtın mərkəzində park halında olan avtomobildən meyit tapılıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə saat 19 radələrində Z.Yusufzadə küçəsi 19-un qarşısında baş verib.

“Avto Azərbaycan” MMC-yə məxsus KİA markalı 77 AC 218 dövlət qeydiyyat nişanlı avtomobildən kişi meyiti tapılıb.

Ölən şəxsin Bakı şəhər sakini 1959-cu il təvəllüdlü B.Həmidov olması müəyyən edilib.

İlkin məlumata görə, sürücü avtomobildə infarct keçirərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью