Bakının mərkəzində maşının üstünə ağac aşdı FOTOSESSİYA

16.04.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Paytaxtda ötən gündən başlayan güclü külək və yağış həm şəhərə, həm də sakinlərə ciddi ziyan vurub.

Avtosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonunda güclü küləyin yaratdığı fəsadların əziyyətini sürücü çəkməli olur.

Belə ki, rayonun Hənifə Ələsgərov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində maşının üstünə ağac aşıb. 90-EA-528 nömrəli “BMW” markalı avtomobilin sahibi yolun kənarında saxladığı halda, güclü külək səbəbindən ağacdan qopan budaqlar maşının üstünə aşıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Səfər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью