Bakının mərkəzində, məşhur mağazada CİNAYƏT

03.12.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı şəhərinin Səbail rayonunda qadının bıçaqlanması ilə bağlı hadisənin təfərrüatı məlum olub.

Bakıvaxtı.az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə dekabrın 2-si saat 16 radələrində Üzeyir Hacıbəyli küçəsində yerləşən mağazalardan birində baş verib.

Bakı sakini, 1992-ci il təvəllüdlü Faxrəddin Sədrəddin oğlu Quliyev mağazaya basqın edərək orada işləyən həyat yoldaşı, Sumqayıt sakini, 1995-ci il təvəllüdlü Leyla Murad qızı Quliyevaya bıçaqla zərbələr endirib.

30 yaşlı qadın qaçmağa çalışsa da, ər ona çataraq kürək nahiyəsinə 8 bıçaq xəsarəti yetirib və öldürməyə cəhd göstərib.

F.Quliyev polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb, L.Quliyeva isə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью