Bakının mərkəzində obyektdən 5500 manat oğurlayan uşaqlar tutuldu

12.12.2024

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının mərkəzində iaşə obyektindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Səbail rayonu ərazisində yerləşən iaşə obyektindən 5500 manat pul oğurlanıb.

Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью