Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır. Bakı şəhəri, Səbail rayonu, Rostropoviçlər küçəsi, ev 9-11 ilə Nizami küçəsi, ev 4 ü
Hazırda da MTK rəhbərliyi ilə binanın sakinləri arasında uzunmüddətli problem davam etməkdədir.
2 ay öncə sakinlər tərəfindən imtina edilmiş xidməthaqqının bərpası üçün yeni vədlər verilmişdi.
Belə ki, normal həyat şərtləri üçün binaya lazımi səviyyədə xidmət göstərilməli idi.
Sakinlər bu təklifi qəbul edib xidmət haqqının ödənilməsinə görə müqavilə bağladılar və ödənişləri etməyə başladılar.
Yeni müqavilədə aylıq xidməthaqqı 40 qəpiyə qədər endirilsə də, xidmətin keyfiyyəti artmadı və ümumiyyətlə yaşayış kompleksində hər hansı müsbət bir iş görülmür.
Bunlara həyətin abadlaşdırılmaması, çox zəif mühafizə xidməti, yağıntı sularının düzgün idarə olunmaması sistemləri və s. aiddir.
Sakinləri özlərindən çıxaran əsas məsələlərdən biri premium adlanan binanın getdikcə qəzalı vəziyyətə düşməsi riskidir.