Bakının mərkəzində qəribə geyimdə gəzən qız kimdir? VİDEO

17.11.2025

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakının mərkəzində lentə alınan video maraq doğurub. Kadrlarda gənc qızın qeyri-adi libasda Nizami küçəsində gəzişməsi əks olunub.

Milli.Az-ın məlumatına görə həmin şəxsin adı Gözde Yıldızdır. O, Türkiyə vətəndaşı olsa da Azərbaycana tez-tez gəlir. Bloqer kimi fəaliyyət göstərən Gözdenin Bakı ilə bağlı xeyli vloqu var.

Gözde Yıldız başqa videoda Azərbaycan mahnısı ifa edib. Video sosial şəbəkələrdə diqqət çəkib, pozitiv rəylər yazılıb.

Milli.Az görüntüləri təqdim edir:

İsmayıl
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью