Bakının mərkəzində qəza olub, svetofor aşıb VİDEO

02.09.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, qəza nəticəsində 1 ədəd svetofor obyekti yararsız hala düşüb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız hala düşmüş svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью