Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində restoranda yanğın olması barədə ilkin məlumat daxil olub.
Milli.Az FHN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Milli.Az