Icma.az, Baku.ws saytına istinadən bildirir. Neftçilər prospektinin Azadlıq meydanı hissəsi Bakının ən yüklənmiş nəqliyyat sahələrindən biri
BAKU.WS-in məlumtına görə, bu hissədə avtomobil axınlarının sıxlığı, müxtəlif istiqamətlərdən gələn nəqliyyatın qarışması və sürücülərin tez
Mütəxəssislər qeyd edirlər ki, yalnız yolun genişləndirilməsi deyil, düzgün təşkil olunmuş hərəkət idarəetməsi də böyük dəyişiklik yarada bi
Bu kontekstdə nəqliyyat eksperti Rauf Ağamirzəyev qovşaqda kanallaşma və svetofor tətbiqinin vacibliyinə diqqət çəkib.
Ekspert hesab edir ki, Neftçilər prospektinin Azadlıq meydanı istiqamətində yaranan tıxacların əsas səbəblərindən biri hərəkət axınlarının düzgün yönləndirilməməsidir.
Onun sözlərinə görə, ərazidə kanallaşma və svetoforun tətbiqi tıxacın azalmasında həlledici rol oynaya bilər.
Ağmirzəyev vurğulayıb ki, kanallaşma müxtəlif hərəkət istiqamətlərini ayırmaqla sürücülərin qəfil zolaq dəyişməsinin qarşısını alır və beləliklə həm təhlükəsizlik artır, həm də tıxac yüngülləşir.
Ekspert bunun qovşaqda axının daha nizamlı formalaşmasına səbəb olduğunu qeyd edib: "Svetoforların düzgün fazalara bölünməsi toqquşan axınların eyni anda hərəkət etməsinə imkan vermir və bu da qovşağın yükünü əhəmiyyətli dərəcədə azaldır.