Bakının mərkəzində vəhşi təbiətə açılan pəncərə Video

29.03.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı Zooloji Parkı yenilənmiş infrastrukturu ilə fəaliyyətini davam etdirir. 2021-ci ildə əsaslı təmir edilən zoopark 4,25 hektar ərazini əhatə edir və burada 125 növdən 850-dən çox heyvan saxlanılır.

Zooparka giriş biletlərinin qiymətləri belədir: Böyüklər üçün 7, uşaqlar üçün 2, xarici turistlər üçün 15 manat. 3 yaşa qədər uşaqlar və şəhid ailələri üçün giriş pulsuzdur.

Qeyd edək ki, Bakı Zooloji Parkı hər gün 10:00–17:30 saatlarında ziyarətçiləri qəbul edir.

Axar.az zooparkın ən yeni görüntülərini təqdim edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью