Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakıda yanğın baş verib.
FHN Mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yardımçı tikilidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.