Bakının mərkəzində YAŞIL SOYQIRIM / VİDEO

26.03.2025

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Bakı şəhərinin Şərifzadə küçəsi, İTV-nin binasının arxasında yerləşən Azon zavodunun ərazisində artıq 11 aydır ki, ağaclar qanunsuz olaraq kəsilir.

Bu barədə Gununsesi.info -ya ağacların kəsildiyi ünvanda yaşayan sakinlər məlumat veriblər.

Faktlarla bağlı sübut kimi video və fotolar təqdim edən sakinlərin dediklərinə görə, həmin ərazidə ağacların kəsilməsinə tikinti şirkəti başlayıb və məqsəd burada yeni yaşayış binalarının inşa edilməsidir. Mövcud vəziyyətdən narahat olan sakinlər bildiriblər ki, bu müddət ərzində ərazidə çox sayda ağac məhv edilib.

Sakinlər, ağacların kəsilməsinin ətraf mühiti ciddi şəkildə zədələdiyini və bu addımın yalnız tikinti məqsədi daşıdığını qeyd edirlər.

Qeyd edək ki, məsələ ilə bağlı qeyri-iş günü olduğundan, aidiyyəti qurumların mövqeyini öyrənə bilmədik.

Şəbnəm

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью