Bakının mərkəzində zəncirvari qəza; “Prius”, “KIA” və Changan” toqquşdu VİDEO

11.06.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə rayonun Füzuli küçəsində 3 avtomobilin iştirakı ilə baş verib. Belə ki, küçənin Heydər Əliyev parkının yanından keçən hissəsində ara məsafəsini gözləməyən sürücülər qəzaya səbəb olub. Hadisə nəticəsində 99-OC-840 nömrə nişanlı “Prius”, 99-ME-897 nömrə nişanlı “KIA” və 77-VP-313 qeydiyyat nişanlı “Changan” toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə nəticəsində Füzuli küçəsində qısamüddətli sıxlıq yaranıb.

Səfər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью