Bakının mərkəzində zolağa sığmayan sürücülər hərəkəti əngəllədi VİDEO

03.06.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Bülbül prospektində qaydaları pozan sürücülər kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Görüntülərdə 99-NC-010 dövlət nömrə nişanlı “Changan” markalı, “Toyota Prius” markalı, “Toyota Aqua” markalı və onların önündə dayanan digər avtomobillərin zolağa yerləşmə qaydalarını pozduğu əks olunub.

Kadrlardan məlum olur ki, solda hərəkətdə olan nəqliyyat vasitələri ən sağ zolağın bir hissəsini də tutaraq hərəkət ediblər. Bu isə həmin zolaqla irəliləyən digər sürücülərin hərəkətinə maneə yaradıb və nəqliyyat axınının ləngiməsinə səbəb olub.

Qeyd edək ki, sıxlıq zamanı zolaqların düzgün bölüşdürülməməsi təkcə hərəkəti çətinləşdirmir, eyni zamanda sürücüləri qəfil manevr etməyə məcbur edir. Xüsusilə prospekt və çoxzolaqlı yollarda bu cür davranışlar kiçik bir qayda pozuntusunu qısa müddətdə qəza riskinə çevirə bilir.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью