Bakının mərkəzindəki yeraltı keçiddə su sızması VİDEO

26.02.2025

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtda təkcə qarın yağması yox, həm də əriməsi problemlərə səbəb olub. Belə ki, Bülbül prospekti və Füzuli küçəsinin kəsişməsində yerləşən yeraltı keçidin divarlarından su axır.
Bizim.Media xəbər verir ki, keçid divarını yararaq axan suyun qarşısını almaq üçün kimsə kibrit çöplərindən istifadə edib.
Lakin bu vasitə uğursuz olduğundan axan su eskalatordan istifadə edən piyadaların islanmasına səbəb olur.
Qeyd edək ki, həmin ərazidə olan yeraltı keçidlərdəki eskalatorlar tez-tez çalışmırlar.
Görüntüləri təqdim edirik:

Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью