Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq. Bakının Nərimanov rayonu ərazisindəki Keşlə bazarı söküləcək.
Artıq bununla bağlı bazarda məhsul satan sahibkarlara və satıcılara xəbərdarlıq edilib. Onlar isə bazarın sökülməsindən narazıdırlar.
Teleqraf.com-un əməkdaşı bazara baş çəkib, vəziyyəti yerində araşdırıb, satıcılarla söhbətləşib.
Söküntü işləri başlamasa da, bazarda satıcıların narahatlığını hiss olunurdu.
Hara gedəcəklərini, nə işlə məşğul olacaqlarını müzakirə edirdilər.
Uzun illərdir Keşlə bazarında satıcılıq edən Bəsti Ağayeva deyir ki, dünən onlara gələn ilin yanvarından bazarın bağlanacağı deyilib: “Bəs, burada çörəkpulu qazananlar nə yeyib içəcək, düşünmürlər?
Heç olmasa, 3 ay öncə məlumat verməliydilər ki, gedin, özünüzə gün ağlayın. Mən özüm kasıb adamam, toyuq satıram. Bundan sonra hara gedim?
Qazanc yerim buradır. Başqa çörək qazanacağım yer yoxdur. Deyirlər, mallarınızı yığışdırın, bura sökülür. Bizə xəbər qəfil verildi.