Bakının məşhur gecə klubunun qarşısında dava: İki mühafizəçi həbs edildi

09.06.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Bakının Səbail rayonunda gecə klubunda dava olub.

Redaktor.az xəbər verir ki, hadisə rayonunun M.İbrahimov küçəsibdə yerləşən “Enjoy” gecə klubunun qarşısında baş verib.

Bir neçə nəfərin mübahisəsi davaya çevrilib və nəticədə klubun iki mühafiəzəçisi – 1994-cü il təvəllüdlü Vüsal Babayev və 2005-ci il təvəllüdlü Rəhim Səlimov saxlanılıblar.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (xırda xuliqanlıq) və 535.1-ci (polisə müqavimət) maddələri ilə ittiham elan edilib.

İttihama görə, onlar gecə klubunun qarşısında bir neçə nəfərlə dava ediblər və polisin qanuni tələbinə tabe olmayıblar.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onların hər biri 20 gün müddətinə həbs ediliblər (Teleqraf).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью