Bakının məşhur ticarət mərkəzinin qarşısında ağır qəza VİDEO

14.10.2025

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Bakıda ağır yol qəzası baş verib.

“Yeni Sabah”ın xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Metropark” ticarət mətkəzinin qarşısında qeydə alınıb.

Takisi kimi istifadə edilən “Honda” markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən gənc qadını vurub. Nəticədə piyada ciddi xəsarət alıb. Dominos pizza

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Yaralı xəstəxanaya aparılıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, gənc qadın yolu keçən zaman qulağında qulaqlıq olub və avtomobilin səsini eşitməyib. Eyni zamanda, nəqliyyat vasitəsinin gəldiyini görməyib. Nəticədə qəza baş verib.

Faktla bağlı araşdırma aparılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью