Bakının Nardaran qəsəbəsində qaz kəsiləcək

21.05.2025

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, rayonun Nardaran qəsəbəsində qaz xətlərinin hava kompressor vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə mayın 21-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Abşeron, Piryolu, İstiqlaliyət küçələri və Yeni sahə, Bağlar yaşayış sahələrində yaşayan istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью