Bakının Nərimanov rayonunda su kəsilib

24.02.2025

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Bakının Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlı rayonun bəzi ərazilərində suyun verilməsində fasilə yaranıb.

Ölkə.az xəbər bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu gün ikinci yarısınından sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью