Bakının Nərimanov rayonunun 3 küçəsinin qaz təchizatında fasilə yaranacaq AZƏRTAC

01.12.2024

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 1 dekabr, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi Bakının Nərimanov rayonu sakinlərinə müraciət edib.

İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, Nərimanov rayonunun İ.Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində siyirtmədə aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə dekabrın 2-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə İ.Həsənoğlu, Təbriz və K. Rəhimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью