Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının PISA qiymətləndirmə tədqiqatının son üç dövrü üzrə nəticələri açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı zamanı deyib.
Nəticələrə əsasən, Bakı üzrə 2025-ci ildə şagirdlərin riyazi savadlılıq üzrə orta nəticəsi 460 bal olub. Bu göstərici 2018-ci ildə 420, 2022-ci ildə isə 397 bal təşkil edib.
Təbiət elmləri üzrə nəticə 2018-ci ildə 398, 2022-ci ildə 380, 2025-ci ildə isə 440 bal olub.
Oxu savadlılığı üzrə isə Bakı şagirdləri 2018-ci ildə 389, 2022-ci ildə 365, 2025-ci ildə 405 bal toplayıblar.
Beləliklə, Bakının PISA nəticələri 2018-ci illə müqayisədə 2025-ci ildə orta hesabla 35 bal artıb.
Şahanə