Bakının problemi nədir? AÇIQLAMA | Icma.az
Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı normadan artıq yağan yağışlara qarşı getdikcə daha hazırlıqsız görünür.
Yağış başlayan kimi yolları su basır, nəqliyyat dayanır, şəhər hərəkətsiz qalır.
Xüsusilə bəzi yol keçidləri və tunellərdə 5-6 ay öncəki mənzərə təkrarlanır.
Bu isə insanlarda haqlı olaraq bu sualı yaradır: Niyə Bakının problemləri həll oluna bilmir?
Elmlər Akademiyasının fəxri doktoru, professor, memar Cahid Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, hər dəfə bunun səbəbini "yağış normadan çox oldu" deməklə izah etmək doğru deyil.
Onun sözlərinə görə, Bakının kanalizasiya sistemi, su ötürücü qurğuları bir-iki milyonluq şəhər üçün hesablanıb və uzun illər ərzində də öhdəsindən gələ bilib.
Lakin görürsünüz ki, son dövrlərdə artıq fəsadlar baş verir: “Yəni kanalizasiya və su axını sisteminin qurğuları yenidən tam şəkildə qurulmalıdır, bu isə çox xərc tələb edir.
Tam oxu
Xəbəri oxu