Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının Suraxanı qəsəbəsində yerləşən Atəşgah məbədi qədim zamanlardan bəri zərdüştilik dininin vacib məbədlərindən biri hesab olunur.
Bu abidə “Odlar yurdu” adını daşıyan Azərbaycanın tarixi mənzərəsini tamamlayır, hər kəs üçün mistik və heyranedici bir məkan kimi tanınır.
Atəşgahın tarixi VIII əsrə qədər gedib çıxır. Xüsusilə burada təbii olaraq yanan qaz mənbələri insanları cəlb edir.
Buranın zəngin keçmişi zərdüştlər, hindlilər və hətta islam dönəminin ibadətgahları ilə bağlıdır.
O vaxtlar zərdüştilər üçün müqəddəs olan bu yer, yerin altından çıxan təbii qaz mənbələri vasitəsilə daim alovlanıb və buna görə də “Od məbədi” adını alıb.
Məbəd, XVIII əsrdə hind tacirləri tərəfindən yenidən tikilib. Bu gün də tarixi-mədəni irsimizin dəyərli incisi kimi qorunur.
1975-ci ildən muzey kimi fəaliyyət göstərən Atəşgah, turistlərin də diqqət mərkəzindədir.