Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Vəli Vəliyev küçəsində "yeraltı dünya"ya aparan qapı var.
Oxu.Az xəbər verir ki, dördbucaq dəmir lükü açıb dəmir pillələrlə enəndə divarları daşla hörülmüş məkana düşürsən.
Divarlarda pəncərəni xatırladan, amma güman ki, taxça kimi istifadə olunan boşluqlar var.
Ramana sakinlərinin sözlərinə görə, tikili XVIII əsrə aiddir. Ancaq onun təyinatı barədə dəqiq məlumat yoxdur.
Yerli sakinlər müxtəlif vaxtlarda məkanda heyvan saxlanıldığı qənaətindədirlər.
PhotoStock.az-ın "yeraltı dünya"dan hazırladığı fotoreportajı təqdim edirik: Daha çox foto burada: PhotoStock.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.