Bakının Səbail və Xəzər rayonlarında qaz olmayacaq

11.08.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Sabah Bakının Səbail və Xəzər rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, saat 09:00-dan işlər başa çatanadək Səbail rayonunun M. Hüseyn, Nizami, Mərdanov qardaşları, Azadlıq, B. Sərdarov və M. Rostropoviç küçələrinin, Xəzər rayonunun Binə və Qala qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью