Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bakının seysmik mikrorayonlaşdırılması üzrə tədqiqatlar Yaponiya mütəxəssisləri ilə birgə aparılır”.
Bizim.Media xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktor Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, layihə çərçivəsində müvafiq məsələlərin müzakirəsi, eləcə də beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur:
"Tədqiqatlar Böyük Bakı ərazisini əhatə edir. İşlər iki ildən artıqdır davam edir. Ola bilsin, fevralda bitsin. Lakin layihənin müddətinin uzadılması ehtimalı da var".
Günay Şahmar, Tural Xəlil, Bizim.Media