Bakının tələb etdiyi konstitusiya dəyişikliyi: Hraparak naziri düşmən çıxartdı | Icma.az
Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xatırladırıq ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistanla sülh sazişinin əsas şərti ölkəsinə qarşı ərazi iddialarını özündə əks etdirən Ermənistan konstitusiyasının dəyişdirilməsidir: “Ermənistanla Azərbaycan arasında sülh sazişi olmazsa, heç bir ölkə regiondakı fəallıq səviyyəsini müəyyə edə bilməz.İşğal dövründə bəzi dövlətlər Ermənistanın istilası ilə bağlı səssiz qaldı və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmədi.
İndi biz işğalçı Ermənistan ordusunu döyüş meydanında məğlub edib torpaqlarımızdan qovduqdan sonra bu dövlətlərdən bizim ərazi bütövlüyümüzü dəstəklədikləri barədə bəyanatlar eşidirik.
Artıq kiminsə ərazi bütövlüyümüzü tanıyıb-tanımamasının bizim üçün əhəmiyyəti yoxdur.
Bu bəyanatlar torpaqlarımız işğal altında olanda vacib idi.Hal-hazırda Ermənistanla sülh prosesi vaxt aparacaq.
Sülh sazişinin əsas şərti Ermənistan konstitusiyasına dəyişiklik edilməsidir.
Çünki orada Azərbaycana qarşı ərazi iddiaları var və sülh sazişi konstitusiya dəyişikliyi olmadan imzalana bilməz.
Əsas prinsiplər üzərində isə indidən razılaşmaq və saziş mətni üzərində işləmək mümkündür”.Hətta Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman da açıqlamarında Azərbaycan Prezidentinin Ermənistanın öz konstitusiyasına dəyişikliklər etməli olması ilə bağlı mövqeyini düzgün və ədalətli hesab etmişdir.
Tam oxu
Xəbəri oxu