Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İlqar Hüseynli: “Metrobus və tramvayların tətbiqinə ehtiyac var” Yasin Mustafayev: “Bakının yollarında əsasən üç məqamda vəziyyət çətinləşir” Aslan Əsədov: “Şəhər infrastrukturunun mükəmməlliyi vacib elementlərdən biridir” Bakıda məskunlaşma artıqca, avtomobillərin sayı da çoxalır.
Bu həm də şəhərdəki sıxlığın, tıxacların hər il əvvəlkindən daha çox olmasına səbəb olur.
Bundan əlavə, payız və qış fəslində yağışlı, qarlı havalarda şəhərin bir çox küçələrində və prospektlərində əksər zaman nəqliyyatın hərəkəti, ümumiyyətlə, iflic vəziyyətdə olur.
Bəzən güclü yağış zamanı küçələr su ilə dolduğu üçün nəqliyyatın hərəkəti iflic olur. Bu problemlər nəticəsində tez-tez qəzalar baş verir.
Problemin həll edilməsi üçün hansı addımlar atılmalıdır? Mütəxəssislər “Xalq Cəbhəsi”nə problemin kökü və çıxış yolları barədə danışıblar.
Nəqliyyat eksperti İlqar Hüseynli xüsusilə yağışlı, qarlı havalarda nəqliyyatın hərəkətinin bərbad vəziyyətdə olduğundan danışıb.
O, qeyd edib ki, bu gün tıxaclar çox ciddi problemə çevrilib: “Nəqliyyatın intensiv hərəkəti üçün normal yol infrastrukturu olmayanda tıxaclar baş verir.