Bakının üçüncü yerüstü metro stansiyası 2028 ci ildə açılacaq

23.10.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bakıda sayca 3-cü yerüstü metro stansiyasının tikintisi davam etdirilir".

Modern.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Tikinti lahiyələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev deyib.

O bildirib ki, stansiyada platforma və inzibati sahələrin tikintisi artıq başa çatdırılıb:

"Hazırda üzlənmə işləri aparılır. Bu işlər başa çatdırılandan sonra infrastrukturun qurulmasına başlanacaq. Bütün işlər başa çatdırılandan sonra yerüstü stansiya sərnişinlərin istifadəsinə veriləcək".

M.Rzayev qeyd edib ki, yerüstü stansiya 2028-ci ildə istifadəyə veriləcək.

Xatırladaq ki, hazırda Bakıda "Xocəsən" və "Bakmil" adlı iki yerüstü stansiyaları fəaliyyət göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью