“Bakının ulduzları” instrumental ansamblının ifasında konsert proqramı təşkil edilib

30.05.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 may, AZƏRTAC

Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə “Üzeyir Hacıbəyli – 140” silsiləsindən “Bakının ulduzları” instrumental ansamblının ifasında konsert proqramı təşkil olunub.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, konsertdən əvvəl çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova dahi bəstəkar Üzeyir Hacıbəyli məktəbinin yetirməsi görkəmli bəstəkar Cahangir Cahangirovun yaradıcılığı haqqında ətraflı danışıb.

Daha sonra Bakı Xoreoqrafiya Akademiyasının “Bakının ulduzları” instrumental ansamblının ifasında Üzeyir Hacıbəylinin, Cahangir Cahangirovun mahnıları səslənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью