Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır. Azərbaycanın son illərdə Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi reallıqlar
Bakı faktoru, onun sülh gündəliyi, nəqliyyat-kommunikasiya təşəbbüsləri və enerji təhlükəsizliyində oynadığı aparıcı rol Aİ-nin Cənubi Qafqa
Artıq Brüssel öz siyasətini Bakının yaratdığı reallıqlara uyğun olaraq bölgə ilə bağlı strategiyasına baxıb yenidən dizayn etməyə çalışır.
Azərbaycanın regional gündəmi: dayanıqlı sülh, təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq Cənubi Qafqazda yeni reallıq Azərbaycanın təşəbbüsü olan çoxtərəfli əməkdaşlıq, sabitlik və sülh gündəmidir.
Bu xətt təkcə Bakı tərəfindən irəli sürülmür, həm də beynəlxalq tərəfdaşlar tərəfindən müsbət qarşılanır.
Prezidentin köməkçisi Hikmət Hacıyevin Brüsseldə Aİ rəsmiləri ilə görüşlərdə Bakının sülh, təhlükəsizlik və əməkdaşlıq gündəmini açıq şəkildə təqdim etməsi Avropa paytaxtlarında pozitiv rezonans doğurub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT XİNŞ-in 32-ci iclasındakı bəyanatı isə regionun real vəziyyətini əks etdirir: Bakı və İrəvan hazırda son illərin ən dinc və sabit dövrünü yaşayırlar.
Bu, sülh sazişinə aparan yolun artıq praktik müstəviyə keçməsi deməkdir.