Bakının yardımı Ukraynanın bu dayanıqlılığını gücləndirəcək | Icma.az
Axar.az saytına istinadən Icma.az xəbər verir. Ukraynanın energetika sahəsinə göstərilən növbəti humanitar yardıma görə Azərbaycan Prezident
Axar.az xəbər verir ki, Ukraynanın baş nazirinin müavini, energetika naziri Denis Şmıqal Azərbaycanın Ukraynaya bir milyon dollar dəyərində
“Azərbaycan Respublikası enerji sektoru üçün Ukraynaya təxminən bir milyon dollar dəyərində daha bir humanitar yardım göndərib.
Azərbaycan Prezidenti İlham Əliyevə və energetika naziri Pərviz Şahbazova göstərdikləri dəstək və həmrəyliyə görə minnətdaram”, - Şmıqal vurğulayıb.
Onun sözlərinə görə, bu əhəmiyyətli dəstək davamlı hava zərbələri şəraitində Ukraynanın enerji dayanıqlılığının gücləndirilməsinə mühüm töhfə verəcək.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı sahəsində humanitar yardımlar göndərib.
Ölkəmizin Ukraynaya göstərdiyi ümumi humanitar dəstəyin, o cümlədən bərpa və yenidənqurmayönümlü yardımların dəyəri artıq 45 milyon ABŞ dollarını ötüb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu