Bakının Yasamal rayonunda minik avtomobili yandı KONKRET

06.12.2024

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Bakının Yasamal rayonunda minik avtomobilində yanğın olub.

KONKRET.az xəbər verir ki, hadisə Əbdülvahab Salamzadə küçəsində qeydə alınıb.

Belə ki, sözügedən küçədə “Hyundai” markalı minik avtomobili alışaraq yanıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью