Bakının Yasamal rayonunda minik avtomobili yanıb

06.12.2024

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Bakının Yasamal rayonunda minik avtomobilində yanğın olub.

APA xəbər verir ki, hadisə Əbdülvahab Salamzadə küçəsində qeydə alınıb.

Belə ki, sözügedən küçədə "Hyundai" markalı minik avtomobili alışaraq yanıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью