Bakının Ziya Səmədzadə küçəsində hərəkət tam məhdudlaşdırılacaq

23.07.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sabah (24 iyul) saat 08:00-dan 25 iyul saat 22:00-dək Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi Ziya Səmədzadə (Xanlar) küçəsində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən küçənin Buxta küçəsilə kəsişməsindən Qəzənfər Əlizadə küçəsilə kəsişməsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

APA-Economics” xəbər verir ki, sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью