BakıQazax yolunda 5 avtomobil toqquşdu; xəsarət alan var FOTO

13.11.2024

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Kürdəmirdə 5 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Avtosfer.az “Bizim.Media”ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Qazel” markalı yük maşını dönmə əməliyyatı edərkən ona arxadan gələn “Chevrolet” markalı minik maşını çırpılıb. Bundan sonra arxada hərəkətdə olan “Mercedes”, "BMW" və “Toyota” markalı avtomobillər də bir-birlərinə çırpılıb.

Qəza zamanı Mingəçevir sakini 32 yaşlı Mamedova Leyla Lənkəran qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью