Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Yevlax şəhəri ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.Bu gün saat 10:50 radələrində Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 285-ci kilometrliyində, Yevlax şəhəri ərazisində "SCANIA" markalı, 90-JY-168 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkətdə olan "Mercedes" markalı, 99-XA-830 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.
Nəticədə, avtobusda olan sərnişinlərdən bir nəfər xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.