BakıQazax yolunda ağır qəza: Ölən və yaralanan var | Icma.az
Icma.az, Oxu.az portalına istinadən məlumat verir. Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Ford" markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olan VAZ-2107 markalı avtomobilə arxadan çırpılıb.
Qəza nəticəsində VAZ-2107-nin sürücüsü, İmişli rayon sakini, 2003-cü il təvəllüdlü Samir Rauf oğlu Hüseynli hadisə yerindəcə ölüb.
Onun sərnişini, qardaşı, 2009-cu il təvəllüdlü Eynulla Rauf oğlu Hüseynli isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb.
Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Fakt araşdırılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu