BakıQazax yolunda maşın aşıb, ölənlər var

19.12.2024

Icma.az, Apa.az saytına istinadən bildirir.

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralında qeydə alınıb.
Hərəkətdə olan "Kia" markalı minik maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı 2 nəfər hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью