BakıQazax yolunda yük maşını ilə avtobus toqquşdu

29.11.2024

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı-Qazax magistralında avtobusla yük avtomobili toqquşub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Baş DYP İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 10:50 radələrində Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 285-ci kilometrliyində, Yevlax şəhəri ərazisində “SCANIA” markalı, 90-JY-168 dövlət qeydiyyat nişanlı yük avtomobili eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı, 99-XA-830 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub. Nəticədə, avtobusda olan sərnişinlərdən bir nəfər xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью