BakıQazax yolunda zəncirvari QƏZA FOTO/VİDEO

14.01.2025

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Bakı-Qazax yolunda zəncirvarı qəza baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan 2 "Opel" markalı minik, 3 "KamAZ" markalı yük və 1 "Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Nəticədə maşınlara ciddi ziyan dəyib.
Qəza zamanı Tovuz rayon sakini, 1998-ci il təvəllüdlü Məhəmməd Nizami oğlu İsmayılov aldığı müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, qəzaya səbəb dumanlı hava şəraiti olub.
Faktla bağlı araşdırma aparılır.




Bizim.Media, Aran bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью