Icma.az bildirir, Report.az saytına əsaslanaraq. Bakı-Qazax yolunda zəncirvari qəza olub, xəsarət alanlar var.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ağsu rayonunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Gəncə istiqamətində hərəkətdə olan "Mercedes" markalı mikroavtobus, "Toyota", "Fiat" və "Opel" markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır. Bizim Telegram kanalımıza abunə olun Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izl